"Zirə" "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni məğlub etdi

Topaz Premyer Liqasında III tura yekun vurulub.

Olimpsport.az saytının məlumatına görə, turnir cədvəlinə başçılıq edən "Zirə "Sumqayıt"ı qəbul edib. Ayxan Abbasovun yetirmələri 3-cü ardıcıl qələbəni qeyd edərək, turnir cədvəlindəki liderliklərini qoruyublar.

"Qarabağ" turun mərkəzi oyununda "Qəbələ"dən üstün olub - 2:1. 

 

Topaz Premyer Liqası, III tur

26 avqust (şənbə)

 

18:00. "Zirə” – "Sumqayıt” 3:1 

Qollar: Qadze, 52. İskəndərli, 61, 78. - Baum, 88 (avt.)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. Zirə İdman Kompleksinin stadionu

 

20:30. "Qarabağ” – "Qəbələ” 2:1

Qol: Mədətov, 63. Miçel, 73 - Monroz, 69

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. "Azərsun Arena” stadionu

 

Qeyd edək ki, ilk oyun günündə "İnter" "Səbail"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Kəpəz" matçında qalib müəyyənləşməyib - 0:0