"Qarabağ"ın rəqibi dağılmaq təhlükəsi ilə qarşı- qarşıya.

Ukraynanın "Dnepr" futbol klubu fəaliyyətini dayandıra bilər. 
 
Olimpsport.az-ın məlumatına görə, Dnepropetrovsk təmsilçisinin sahibi, iş adamı İqor Kolomoyski klubun hansısa borcunu ödəməkdən imtina edib və klubu dağıtmaq qərarına gəlib.
 
"Hazırda "Dnepr" klubundan olan təşəbbüskar şəxslər komandanın heç olmasa ikinci liqada mövcudluğunu qoruması üçün investor axtarır.
 
Qeyd edək ki, son illərdə "Dnepr" Ukraynanın aparıcı klublarından biri olub. Dnepropetrovsklular, hətta 2015-ci ildə Avropa Liqasının finalına vəsiqə qazanaraq həlledici görüşdə İspaniya təmsilçisi "Sevilya"ya 2:3 hesabı ilə məğlub olub. Yeri gəlmişkən, həmin mövsümdə "Dnepr" Avroliqanın qrup mərhələsində "Qarabağ"la qarşılaşıb. Ağdam klubu səfərdə rəqibini 1:0 hesabıyla məğlub etsə də, Bakıda uduzub - 1:2.