Dünya çempionatı "CBC Sport"da!
Sabah Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.
5 qitədən 136 ölkənin qatılacağı ilin ən mötəbər cüdo yarışmasını azərbaycanlı idmansevərlər də canlı yayımda izləmək imkanı qazanacalar.
Sentyabrın 3-dək davam edəcək yarış "CBC Sport" telekanalı tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 kişi və 8 qadın cüdoçuyla təmsil olunacaq.
Topaz Premyer Liqası