"Neftçi"dən Avram Qrantlə bağlı rəsmi açıqlama: "Yaxın günlərdə məşqçi təyinatı ilə bağlı rəsmi məlumat verəcəyik"

Bakıda olan “Çelsi”nin sabiq çalışdırıcısı Avram Qrantın baş məşqçi axtarışında olan “Neftçi” ilə danışıq aparmaq üçün paytaxtımıza gəldiyi iddia olunur. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərl açıqlamasında israilli mütəxəssislə danışıq aparılmadığını bildirib: “Qrantın “Qarabağ”ın futbolçusu Kuba ilə şəklini Feysbukda görmüşəm. Ancaq onun Bakıya səfərinin “Neftçi” ilə bağlılığı yoxdur”.

Klur rəsmisi yaxın günlərdə yeni baş məşqçi məsələsinin dəqiqləşəcəyini deyib. O, komandaya müvəqqəti rəhbərlik edən Elşad Əhmədovun da baş məşqçi təyin ediləcəyini istisna etməyib: “Böyük ehtimalla yeni baş məşqçi yerli mütəxəssis olacaq. Hələ ki, komandaya Elşad müəllim rəhbərlik edir. “Kəpəz”lə oyundan sonra rəhbərlik onun işindən razı qaldı. Yaxın günlərdə, məşqçi təyinatı ilə bağlı rəsmi məlumat verəcəyik”. (qol.az)