Orxan Səfərov dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını gümüş medalla baş vurub. 

26 yaşlı idmançı finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takotaya məğlub olub. 

Yaponiyalı cüdoçu əvvəlcə vazari fəndini tətbiq edərək rəqibindən 1 xal alıb, daha sonra ipponla 3 dəqiqə 20 saniyəyə təmiz qələbə qazanıb - 11:0.