Azərbaycanlı qapıçı İsveç klubunda: “Hələlik buradayam”

Ötən mövsümü “Kəpəz”də keçirən qapıçı Eyyub Əliyev İsveçə köçüb.  Gənc çərçivə qoruyucusu bu ölkənin aşağı dəstə təmsilçisi “Lüksel” klubu ilə müqavilə imzalayıb. 


Əliyev bu komanda ilə 5 oyunluq sözləşməyə qol çəkib. Bu barədə futbolçu özü saytımıza məlumat verib: “Mən hələlik aşağı liqadayam. Burada çempionatın sonuna 5 tur qalıb. Liqa bitdikdən sonra müqaviləm başa çatacaq. Özüm birinci divizion klublarından biri ilə müqavilə imzalayacağam”.