Cüdoçularımız medalsız qaldı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə davam edib. 
 
İkinci yarış günündə qadınlar 52 kq, kişilər isə 66 kq çəkidə qüvvələrini sınayıblar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsurenlə Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edib.
 
Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)
 
Qadınlar
52 kq
1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)
 
1/16 final. Nəzakət Əzizova - Distria Krasniqi (Kosova)
1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)
 
48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.
 
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb.