Millimizin üzvü İspaniya Segundasında

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib.
 
"Kadis”dən ayrılan 25 yaşlı hücumçu karyerasını Sequndada (II divizion) çıxış edən digər klubda – "Ximnastik”də davam etdirəcək.
 
Tarraqona təmsilçisi yığma üzvü ilə 3 illik müqavilə bağlayıb. Lakin "Ximnastik”in sözləşməni birtərəfli qaydada pozmaq hüququ var.
 
Qeyd edək ki, Eddi İsrafilov ötən ilin avqustunda "Kadis”ə keçib. O daha əvvəl "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba”nın formasını geyinib.(sportnet)