Prezident İlham Əliyevdən Əfran İsmayılova mesaj – FOTO

Çempionlar Liqasının qrup mərhələsinə düşməklə tarixi uğura imza atan “Qarabağ” klubunu ölkə başçısı  cənab İlham Əliyevin qəbul etdiyini xəbər vermişdik. 

Tədbirin rəsmi hissəsində komandaya, eləcə də Azərbaycan xalqına müraciət edən ölkə başçısı bunu  böyük nailiyyət kimi qiymətləndirmişdi.Tədbirin qeyri-rəsmi hissəsində ölkə Prezidentinin futbolçu heyəti ilə səmimi dialoqu da olub. Bu dialoqlardan biri ölkə başçısı ilə son vaxtlar təzyiqlərə məruz qalan Əfran İsmayılov arasında reallaşıb.

Prezident İlham Əliyevin “səni izləyirəm, yaxşı driblinqlərin və sürətin var” deyib. Ölkə başçısının “cərimə meydançasının yanında və arxada top çox saxlama” deməsi isə bütün komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ” və Azərbaycan milli komandasının əsas üzvüdür.(futbol11)