“Qarabağ”ın BOS-da oynayacağı rəsmiləşməyib

Çempionlar Liqasının qrup mərhələsində ölkəmizi təmsil edəcək “Qarabağ”ın ev oyunlarını harada keçirəcəyi ilə bağlı müzakirələr davam edir. Apasport.az saytında ağdamlılar rəqiblərini Bakı Olimpiya Stadionunda (BOS) qəbul edəcək.Artıq UEFA ilə də bu barədə razılıq əldə edilib.

Məsələni dəqiqləşdirmək üçün adıçəkilən stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova ilə əlaqə saxladıq: “Dünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov stadiona gəlib, əsas və əlavə meydançaya baxdı. Məşq bazası ilə tanış oldu. Son qərar klub tərəfindən veriləcək. Bildiyim qədəri ilə də məsələyə bu gün aydınlıq gələcək. Oyunların BOS-da keçirilməsi ehtimalı çox yüksək olsa da, hələ ki, rəsmi təsdiqini tapmayıb”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdi.(futbol11)