Rüstəm Orucov finalda

Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib. 

73 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib.

26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək. 

Azərbaycanın digər cüdoçusu, 73 kq çəki dərəcəsindəki gənc Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparacaq. (report)