“Kəpəz”in istirahəti başa çatdı

"Kəpəz” bu gün məşqləri bərpa edib. Komanda Bakıda toplaşıb. "Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşır. Məşq prosesi hər gün saat 11:00-a təyin olunub.
Xatırladaq ki, milli komandaların DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda fasilə yaradığından "Neftçi” ilə oyundan sonra "Kəpəz”in üzvlərinə 4 günlük istirahət verilmişdi.