Azərbaycan cüdoçusu Rüstəm Orucov dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanıb

73 kq çəki dərəcəsində yer alan Avropa çempionu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb. 

26 yaşlı cüdoçu rəqibinə qızıl xalla məğlub olub. 

Bununla da Azərbaycan cüdo yığması qazandığı medalların sayını ikiyə çatdırıb. Yarışın birinci günündə Orxan Səfərov da finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb.