UEFA-dan “Qarabağ”a – ŞAD XƏBƏR

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. 

Olimpsport.Az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq UEFA-nın Mətbuat xidmətindən deyilib. 

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını keçirəcəyi məkanın dəyişdirilməsi ilə bağlı göndərdiyi sorğuya baxılıb. Klubun bu mərhələdəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib”, - UEFA-dan bildirilib.

Beləliklə, Ağdam təmsilçisi sentyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində "Roma"ya qarşı ev oyununu Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq. "Çelsi" və "Atletiko" ilə ev görüşləri də bu stadionunda keçiriləcək