“Qarabağ”ın yeni hədəfi

"Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib.

Ağdam təmsilçisi Yunanıstanın "Olimpiakos” klubunun hücumçusu Kərim Ansarifardla maraqlanır.

Məlumata görə, İran millisinin 27 yaşlı futbolçusu hazırkı komandasında əsas heyətə düşə bilmədiyi üçün "Qarabağ”a keçidin əleyhinə deyil.

O, daha əvvəl vətənində "Saypa”, "Traktor Sazi”, "Persepolis”, İspaniyanın "Osasuna” və Yunanıstanın "Panionios” klublarının formasını geyinib.

Qeyd edək ki, "Qarabağ” hazırda Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin transferi ilə bağlı da iş aparır.