“Bakı”nı yetirməsi Portuqaliya klubunda

“Bakı”nın hücumçusu Valeh Seyidov karyerasını ölkə xaricində davam etdirəcək.

20 yaşlı forvard Portuqaliyada forma geyəcək. O, II divizionda mübarizə aparan “Louletano” klubu ilə anlaşıb.

Tərəflər “1+1” illik müqaviləyə imza atıblar. Sözləşmə imzalanmamışdan öncə Valeh Seyidov bir müddət Portuqaliya klubunda baxışdan keçib.

Qeyd edək ki, Valeh “Bakı”nın icraçı direktoru Yaşar Seyidovun oğludur. Bir neçə dəfə aşağı yaşlılar arasında ölkə çempionatında bombardir olan Valeh Seyidov U-15 və U-17 yığmamızda da çıxış edib. (futbolxeber)