Rövnəq Abdullayev: "Norveçdə də komandamızdan yaxşı oyun gözləyirik"

"Səfərdə oynamaq həmişə çətindir. Qrupdakı vəziyyətə gəlincə, nəzəri cəhətdən yüksək yerləri tutmaq şansımız var. Norveç ilk oyundan sonra bizə qarşı xüsusi hazırlaşacaq. Millimizdə də motivasiya var".
 
Olimpsport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveçlə səfər oyunu öncəsi dsport.az-a açıqlamasında deyib.
 
O, səfərdə müsbət nəticənin yığmamızın xal sayını artıracağını bildirib: "Ümumiyyətlə, cari seçmə mərhələdə yaxşı oyunlarımız çox oldu. Milli bu mövsüm pis oynamır, hər matçda demək olar, sona qədər mübarizə aparır. Norveçdə də komandamızdan yaxşı oyun gözləyirik".
 
 Qeyd edək ki, "Ulleval” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.