Azərbaycan - San-Marino: Açıq məşq və mətbuat konfranslarının vaxtları açıqlandı

DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.
 
Ilk olaraq rəqib, sonra millimizin mətbuat konfransı və açıq məşqi olacaq. 
 
3 sentyabr
 
San Marino milli komandası
 
18:45. Mətbuat konfransı
 
19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
 
20:30. Mətbuat konfransı
 
21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Hər iki məşq və mətbuat konfransı “Bakcell Arena”da keçiriləcək.
 
Xatırladaq ki, matç saat 20:00-da keçiriləcək.