Millimizin ilk sınağı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.
 
Yaşar Vahzadınin yetirmələri Akko şəhərindəki Municipal stadionunda İsrail komandası ilə qarşılaşacaq.
 
Bu, millimizin yer aldığı V qrupda sayca 4-cü oyun olacaq. Bugünkü matç İsrail üçün də tsikldə ilk görüşdür.
 
Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu rumıniyalı hakimlər idarə edəcək:
 
Avropa çempionatı, seçmə mərhələ
 
V qrup
 
31 avqust
 
20:30. İsrail - Azərbaycan
Baş hakim: Katalin Qaman (Rumıniya)
Akko. Munisipial stadionu