Millimizin oyunu canlı yayımda

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək İsrail – Azərbaycan oyunu canlı yayımlanacaq.
 
Akko şəhərindəki "Municipal” stadionunda baş tutacaq görüşü CBC Sport televiziya kanalı canlı yayımlayacaq. 
 
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.