Əmircanov "Səbail"də: “Bu gün məşqə çıxıram”

Azərbaycan milli komandasının, “Qəbələ”, “İnter”, “Neftçi” kimi klubların sabiq üzvü Ruslan Əmircanovun klubsuz günləri başa çatıb.

Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının debütantı “Səbail” ilə anlaşıb. Bu barədə oyunçunun özü məlumat verib: “Hələ müqavilə imzalalamışam. Bu gün klubla ilk məşqimə çıxacağam. Hər şeyin yaxşı olacağına inanıram”.

Qeyd edək ki, Ruslan Əmircanov son olaraq,  AZAL-da çıxış edib.(futbol11)