Son iddia: Ramil Şeydayev “Qarabağ”ın biraddımlığında

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev “Qarabağ” klubuna keçidin bir addımlığındadı. “Jilina”dan ayrılmaq üzrə olan Şeydayev milli komandanın oyunlarından sonra “Qarabağ”a qoşulacaq.

Bizdə olan məlumata görə, oyunçu ilə müqavilənin əksər detalları razılaşdırılıb. 

Qeyd edək ki, “Zenit” klubunun yetirməsi olan Şeydayev qısa zaman kəsiyində “Trabzonspor” klubunun da formasını geyinib.(futbol11)