AVRO-2019: U-21 məğlubiyyətlə başladı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
 
Yaşar Vahzadınin yetirmələri Akko şəhərindəki Municipal stadionunda İsrail komandası ilə qarşılaşıb.
 
Rəqib matçın 24-cü dəqiqəsində azlıqda qalmasına baxmayaraq yığmamıza 3:1 hesabı ilə qalib gəlib.
 
Avropa çempionatı, seçmə mərhələ
 
V qrup
 
31 avqust
 
İsrail - Azərbaycan 3:1 
 
Qollar: Moti Barşazki, 12, Elyel Perez, 37, Maksim Plakuşçenko, 57 - Elnur Cəfərov, 70
 
Qırmızı vərəqə: Neta Lavi, 24 (İsrail)
 
Baş hakim: Katalin Qaman(Rumıniya)
 
Akko. Munisipial stadionu