“Spartak” (Xasavyurt) və “Lokomotiv” (Bakı) güləşçiləri birgə təlim – məşq toplanışı keçiriblər

“Lokomotiv”İSM-in azyaşlı və yeniyətmələrdən ibarət sərbəst güləş üzrə yığması ötən ay Dağıstanın Xasavyurt rayonunda təlim -məşq toplanışında iştirak ediblər.

Bu haqda “Olimpsport.az”-a mərkəzin güləş yığmasının baş məşqçisi, əməkdar məşqçi Ramin Allahverdiyev məlumat verib. O, bildirib ki, səfərdə əsas məqsəd yerli “Spartak” klubu ilə birgə təlim keçmək, onlarla yaxından tanış olmaq, dostluq münasibətləri quraraq əlaqələri möhkəmləndirmək və gələcək beynəlxalq yarışlar öncəsi təcrübə mübadiləsi olub. Təlim- məşqin son günündə “Lokomotiv” və “Spartak” komandaları yoldaşlıq görüşü keçiriblər. Ümumi hesabda yerli komanda qalib gəlsə də, bu görüşdə daha çox dostluq və mehribanlıq qazanıb. Sonda, komandamızın baş məşqçisi Ramin Allahverdiyev yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə “Spartak”klubunun rəhbər və məşqçi heyəti olmaqla Alixan və Murad müəllimə, yerli Olimpiya Ehtiyyatları Məktəbinin direktoru Maqamed Hüseynova, və məşqçı Said Axmed müəllimə öz dərin təşəkkürünü bildirərək gələcək fəaliyyətlərində uğurlar arzu edib. Qeyd edək ki, idmançılarımızla yanaşı “Olimpsport.az” –ın əməkdaşı Elnur Murtuzov da Dağıstan səfərində iştirak edib.