Millimizin start heyəti açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq yığmamızın start heyəti bəlli olub.
 
Bu barədə oyundan öncəki mətbuat konfransında millinin baş məşqçisi Robert Prosineçki açıqlama verib.
 
Xorvatiyalı mütəxəsis bildirib ki, bundan öncəki Şimali İrlandiya ilə oyundakı start heyətində cəmi iki dəyişiklik edəcək. Belə ki, Əfran İsmayılov və Ramil Şeydayevin əvəzində “ilk 11-lik”də Namiq Ələsgərov və Mahir Mədətov meydana çıxacaq.
 
Beləliklə, millimizin heyəti aşağıdakı oyunçulardan ibarət olacaq:
 
Kamran Ağayev – Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Rəşad Sadıqov – Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov – Namiq Ələskərov, Mahir Mədətov, Dmitri Nazarov