“Qarabağ” - “Roma”: Biletlər nə vaxt satışda olacaq?

“Qarabağ”ın Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Roma”ya qarşı keçirəcəyi matçın biletləri biletləri sentyabrın 7-dən etibarən satışda olacaq.

Olimpsport.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, biletləri iTicket.az saytından, eləcə də aşağıdakı ünvanlardan əldə etmək mümkündür:

Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Biletlərin qiymətləri:

VIP - 50 AZN

Kateqoriya 1 - 20 AZN

Kateqoriya 2 - 10 AZN

Kateqoriya 3 - 5 AZN

Kateqoriya 4 - 2 AZN

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.