DÇ-2018: Millimiz Norveçə qarşı

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçiricək. 
 
C qrupunda yer alan Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Norveç yığmasının qonağı olacaq.
 
Paytaxt Oslodakı "Ullevaal” stadionunda baş tutan görüş hər iki tərəf üçün önəmlidir. Düzdür, seçmə mərhələnin ilk 3 oyununda 7 xal toplayan milli, son 3 görüşdə uduzmaqla mundiala vəsiqə qazanmaq şansını yetərincə azaldıb. Buna rəğmən, hələ də 2-ci yeri tutmaq imkanı var.
 
Yığma səfərdə skandinaviyalıları məğlub edəcəyi halda, seçmə mərhələlərdə rekord sayda – 10 xal toplamış olacaq. Daha əvvəl 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal əldə edilib.
 
Oslodakı matç Azərbaycan və Norveç komandalarının 6-cı dueli olacaq. Cari seçmə mərhələdə rəqibini Bakıda Maksim Medvedevin qolu ilə məğlub edən yığma, əvvəlki 4 qarılşamadan 3-də uduzub. 
 
Həmin görüşlərdən ikisi 1998-ci il dünya çempionatının (0:1, 0:5), ikisi isə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib (0:1, 0:0). Müsbət məqam odur ki, milli komanda 2015-ci il iyunun 11-də Norveç yığması ilə  qolsuz bərabərə qalıb.
 
2018-ci il dünya çempionatının seçmə mərhələsi
VII tur, C qrupu
1 sentyabr
 
22:45. Norveç – Azərbaycan
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski
(Hakimlər Poşadandır)
Hakim-inspektor: Jones Peter (İngiltərə)
Komissar: Nicolae Camelia (Rumıniya)
Oslo. "Ullevaal” stadionu