Azərbaycan millisinin futbolçusu “Slaviya”da

Azərbaycan millisinin futbolçusu karyerasını Çexiyada davam etdirəcək. 19 yaşadək yığmamızın kapitanı Fərid Nəbiyev Praqa “Slaviya”sı ilə anlaşıb.

 

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi növbəti 3 ildə Çexiya çempionunun şərəfini qoruyacaq. Onun “Slaviya”ya transferi FİFA meneceri Vaqif Heydərlinin vasitəçiliyi ilə rəsmiləşib. Artıq hər 2 tərəf razılaşmaya imza atıb.

 

Qeyd edək ki, millimizin qapıçısı da Çexiyada oynayır. O, “Mlada Boleslav”ın şərəfini qoruyur.