Millimiz San Marino ilə oyuna 3 itki ilə çıxacaq

DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçə uduzan milli komandamızın 3 futbolçusu cəzalı duruma düşüb.

Maksim Medvedyev və Dmitri Nazarov sarı vərəqə limitini doldurub, Bədavi Hüseynov isə qırmızı vərəqə alıb. 

Bu səbəbdən hər üç futbolçu sentyabrın 4-də Bakıda San Marino ilə keçiriləcək oyunu buraxacaq.