Uşanqi uduzdu, Qasımovla Məmmədov növbəti mərhələdə

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
 
Mundialın növbəti günündə 3 idmançımız mübarizəyə qoşulub. Belə ki, 100 kiloqram çəki dərəcəsində Elxan Məmmədov və Elmar Qasımov tatami üzərinə çıxıblar. Məmmədov mübarizəyə 1/16 final mərhələsindən qoşulub və ilk görüşündə kanadalı Kayl Reyesi məğlub edib. Elmar Qasımov isə Monqolustan təmsilçisi Lxaqvasuren Otqonbatarı mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Kokuari Uşanqi isə ilk görüşündəcə braziliyalı Rafael Silvaya uduzaraq mundialı medalsız başa vurmalı olub.
 
Kişilər
100 kq
 
1/8 final: Elxan Məmmədov - Anton Savitski (Ukrayna)
1/8 final: Elmar Qasımov - Fonseka Corc (Portuqaliya)
1/16 final: Kokauri Uşanqi - Rafael Silva (Braziliya)
1/16 final: Elmar Qasımov - Lxaqvasuren Otqonbatar (Monqolustan)
1/16 final: Elxan Məmmədov - Kayl Reyes (Kanada)
 
 
Qeyd edək ki, millimiz mundialda hələlik cəmi 2 medal qazanıb. Orxan Səfərovlə Rüstəm Orucov gümüş medal qazanıblar.