"Kəpəz" yoxlama oyunu keçirəcək

Milli komandaların DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda yaranan fasilə müddətində "Kəpəz” yoxlama görüşü keçirəcək. 
 
"Sarı-göylər”in rəqibi I divizionun iştirakçısı "Qaradağ Lökbatan” olacaq. Aşağı liqa təmsilçisi ilə oyun sentyabrın 4-də "Dalğa Arena”nın süni örtüklü meydançasında baş tutacaq.
 
Görüş saat 17:00-da başlayacaq.