"Neftçi" böyük hesabla qalib gəldi - VİDEO

Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı fasilədən yararlanan "Neftçi” bu gün yoxlama oyunu keçirib. Flaqman MOİK-lə qarşılaşıb.
 
İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbə ilə nəticələnib. Matçın 10-cu dəqiqəsində Anton Krivotsyukun ötürməsindən sonra avtoqol qeydə alınıb. 69-cu dəqiqədə Mateo Mujek, 90-cı dəqiqədə isə Mirabdulla Abbasov fərqlənib. Hər iki qolda Rəhman Hacıyev məhsuldar ötürmə verib.
 
"Neftçi”: Rəşad Əzizli (Maksim Vaylo, 58), Pavel Dreksa, Kirilo Petrov (Elvin Sərkərov, 70), Məqsəd İsayev, Anton Krivotsyuk (Mateo Mujek, 46), Tərzin Cahangirov (Anton Krivotsyuk, 85), Kənan Mirzəliyev (Ömər Buludov, 46), Rəhman Hacıyev, Derlis Meza Kolli (Orxan Sabirbəyli, 80), Daniel Seqoviya (Əli Şirinov, 65), Mirabdulla Abbasov.