Elçin İsmayılovun doğum günüdür

Bu gün cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi, beynəlxalq dərəcəli idman ustası Elçin İsmayılovun ad günüdür. Ömrünün 48-ci il dönümünü qeyd edən təcrübəli mütəxəssisi biz də kollektivimiz adından təbrik edir, gələcək həyatında və karyerasında bol-bol uğurlar arzu edirik. Qeyd edək ki, səbəbkara  ən gözəl hədiyyə də yetirməsi, cüdo üzrə milli komandamızın üzvü İrina Kinderskadan gəlib. Belə ki, Kinderska Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında +78 kq çəki dərəcəsində bürünc medal qazanıb.