Ramil Şeydayev: "Millimizdə qol hesabımı açmaq istəyirəm"

"San-Marinoyla asan matç olmayacaq. Bilirik ki, rəqib yalnız müdafiə oynayır, hücuma keçmir. Hədəfimiz qələbədi". Bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığmasıyla oyun öncəsi mətbuat konfransında bildirib.

"Qarabağ"ın hücumçusu sabah millidə qol hesabını açmaq istəyir: "Rəqibə imkan daxilində çox qol vurmalıyıq. Əlbəttə, qələbə böyük inamımız var. Hücumçu kimi həmişə qol vurmaq istəyirəm. Ümid edirəm ki, qol hesabını açacağam".