Mansaroli: "Meydana qələbə üçün çıxacağıq"

San-Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli 2018-ci il dünya çempionarının seçmə mərhələsində Azərbaycan milli komandasıyla rəsmi oyundan öncə mətbuat konfransı keçirib. Italiyalı mütəxəssis "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb. 

- İlk öncə hamını salamlayıram. Son turda Şimali İrlandiya ilə oyuna 70 dəqiqə qol vuraxamamq böyük bir nəticə oldu. Bu turnir bizim böyük təcrübədi. San-Marino futbol ölkəsi deyil, bu idman növündə böyük bir perspektivimiz yoxdur. Ancaq əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışırıq.

- Azərbaycan millisi son oyunda Norveç səfər matçında yaxşı təsir bağışlamadı. Bu oyundan düşüncələriniz necədi?

- Azərbaycanla oyunda da yaxşı müdafiə olunmağa, ən azı 1 xalla Bakıya qayıtmağa çalışacağıq. Millinizə böyük hörmətimiz var. Azərbaycan futbol ölkəsidi, son nəticələr bunu göstərir. Azərbaycanla oyun bizim üçün döyüşdür və meydana qələbə qazanmaq üçün çıxacağıq. Sabahkı matçda lazım olan nəticəni qazanmaq istəyirik.

- Azərbaycan millisinin heyətində cəzalı futbolçularla bağlı olan itkilər xeyrinizə ola bilərmi?

- Rəqibin heyətdə olan itkilərdən xəbərdaram . Futbolçu itirməyin nə dərəcədə çətinlik yaratdığını bilirəm. Düşünürəm ki, həmkarım Robert Prosineçki bunun öhdəsindən gələcək.