Millimizin San-Marinoyla oyuna əsas heyəti açıqlandı: Birdən-birə 7 dəyişiklik!

Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığmasıyla sabahkı ev oyununa əsas heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçki Norveç yığmasıyla səfər oyunu ilə müqayisədə 7 dəyişiklik edib.

Belə ki, Səlahət Ağayev, Təmkin Xəlilzadə, Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Araz Abdullayev və Ramil Şeydayev ilk dəqiqələrdən meydanda olacaq.