Boks yığmamız vətənə qayıtdı - FOTOLAR

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Vətənə qayıdıb. Apasport.az saytının komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıblar.