Millimizndən inamlı qələbə - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII tur matçına çıxıb. Rəqib San Marino yığması oub. 
 
"Bakcell Arena"da keçirilən görüş saat 20:00-da başlayıb. Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv qələbə qazanaraq, tarixində ilk dəfə seçmə mərhələdə 10 xal toplayıb və 3-cü pilləyə yüksəlib. Bunadək ən yaxşı göstərici DÇ-2014-ün seçmə tsiklində qazanılan 9 xal olub. 
 
İki komanda arasında San Marinoda keçirilmiş görüşdə Azərbaycan millisi Ruslan Qurbanovun vurduğu qolla qələbə qazanıb. Bugünkü görüşdə isə cəza səbəbindən Bədavi Hüseynov, Maksim Medvedev və Dmitri Nazarov iştirak etməyib. Prosineçki Norveçlə ötən oyundakı heyətdən cəmi 3 futbolçuya - kapitan Rəşad Sadıqov, həmçinin yarımmüdafiəçi Cavid Hüseynovla Riçard Almeydaya yer verib. 
 
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00. Azərbaycan – San Marino 5-1
Qol: Əfran İsmayılov 20,57, Araz Abdullayev 24, Miçhel Cevoli 71(ö.q) Rəşad Sadıqov 81- Mirko Palazzi 74
 
Baş hakim: Nikola Dabanovic
Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar
Dördüncü hakim: Pavle Radovanovic
(Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)