Millimiz 2 rekorda imza atdı

Azərbaycan milli komandası tarixində 2 rekoda birdən imza atıb.
 
Bu, 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığmasıyla "Bakcell Arena"dakı matçda reallaşıb.
 
Əvvəla, millimizin 1999-cu ildən çıxış etdiyi seçmə mərhələlərdə ən çox - 10 xal toplayıb. Bunaədk rekord Berti Foqtsun baş məşqçiliyi dövründə - DÇ-2014-də 9 xala olub.
 
Millimizin tarixində ən böyükhesablı qələbəyə də imza atıb. Düzdür, 1999-cü ilin iyununda Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn yığması ilə oyunda da qələbə 4 top fərqiylə olmuşdu - 4:0. Ancaq bu dəfə daha çox qol vuruldu - 5:1.