San-Marino yığmasının baş məşqçisi: "Azərbaycan futbol ölkəsidi"

San-Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli 2018-ci il dünya çempionarının seçmə mərhələsində Azərbaycan milli komandasıyla rəsmi oyundan sonra mətbuat konfransı keçirib.
 
Olimpsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb. 
 
- Öncə vurulan yeganə qolun sevinciylə başlayaq. Bu, San-Marino millisinin tarixində nadir hallardan biridi...
 
- Bəli, bu, sevindirici haldı. Millimidə gənc heyətə malikdi. Hər oyunda qol vura bilmirik. Oyundan razı qalmasam da, qol sevinci yaddaqalan oldu.
 
- San-Marino futbol praktikasında olduğu kimi, milliləşdirmək istəmir ki?
 
- Yox. Çünki bu ölkədə qaydalar çox sərtdir, milliləşdirməyə icazə verilmir. Çalışırıq ki, milinin şərəfini vicdanla qoruyaq.
 
- Azərbaycan yığması San-Marinoda qalib gəldiyi 1:0-la müqayisədə oyununda çoxmu artırıb?
 
- Azərbaycan futbol ölkəsidi, "Qarabağ" Çempionlar Liqaısnın qrupuna düşüb. Futbolunuz inkişaf yolunandı. İlk oyunda millimiz tam formalaşmamışdı. Hesab edirəm ki, həmin matça nisbətən daha yaxşı oyun göstərdik.