"Ayntraxt" millimizin üzvünü təbrik etdi - FOTO

Almaniyanın "Ayntraxt" klubu millimizin üzvü Renat Dadaşovu təbrik edib. 
 
Klubun rəsmi "feysbuk" səhifəsindən edilən paylaşımda gənc futbolçu milli komandamızın heyətində debüt etdiyinə görə təbrik edilib.
 
Qeyd edək ki, R.Dadaşov "Ayntraxt"ın 19 yaşlı futbolçulardan ibarət komandasında çıxış edir.