"ECA-dan "Qəbələ"yə etimad

"Qəbələ" klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. Bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərindəki Baş Assambleyasında qəbul olunub.
 
İclasda klubu baş menecer Zaur Əzizov təmsil edir. Qərara əsasən, "qırmızı-qaralar" ECA-da hələlik assosiativ üzv statusuna malik olacaqlar. Bu klub Azərbaycan Premyer Liqasını tərk etmiş AZAL-ı əvəzləyib. Beləliklə, ölkənin ECA-dakı təmsilçiləri siyahısında dəyişiklik baş verib.
 
Qeyd edək ki, Azərbaycanın digər klubları - "Qarabağ" və "Neftçi" qurumda tamhüquqlu üzv statusuna malikdirlər ("Report").