"Futbol saatı" fəaliyyətini dayandırdı

2007-ci ildən etibarən "Xəzər" TV-də efirə gedən "Futbol saatı" verlişi fəaliyyətini dayandırıb.
 
Verlişin aparıcısı Sənan Abdullayev xəbəri təsdiqləyib.
 
Proqramın bağlanmasına səbəb kimi telekanal rəhbərliyinin yeni mövsümdən etibarən verlişə ehtiyac duymaması göstərilir.
 
Həftənin bazar ertəsi günləri izləyicilərinin diqqətində olan veriliş baxımlı olması, tənqidləri ilə seçilirdi.