Ramin Musayev: "Püşkatma sentyabrın 15-nə kimi keçiriləcək"

Azərbaycan çempionatının I Divizionu ilə bağlı qeyri-müəyyənlik davam edir.
 
Çempionatda iştirak edəcək komandaların sayı, püşkatma tarixi və startı hələ də dəqiqləşməyib.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu haqda cavab verib: “I Divizionla bağlı bizə 14 komanda müraciət edib. Sadəcə, bəzi nüanslar var ki, onları araşdıracağıq. Amma həmin komandaların hamısı çempionatda çıxış etməyəcək. Püşkatma mərasimi sentyabrın 15-nə kimi keçiriləcək. Bundan bir həftə sonra – ayın 20-nə kimi isə çempionat başlayacaq”.
 
Xatırladaq ki, ötən mövsüm divizionda 14 komanda mübarizə aparıb.