Rövnəq Abdullayev UEFA prezidentinə xüsusi prezentasiyanı təqdim etdi

UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. UEFA prezidenti Aleksander Çeferinlə baş tutan görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
 
Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.