PFL "Kəpəz"in müraciətinə müsbət cavab verdi

Kəpəz” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
 
Klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək, IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib.
 
Gəncə təmsilçisi IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan PFL “Kəpəz”in müraciətini müsbət cavablandırıb.
 
Beləliklə, sentyabrın 9-da “İnter” “İnter Arena”da “Kəpəz”i qəbul edəcək. Komandalar arasında ikinci dövrənin qarşılaşmasında isə ev sahibi “Kəpəz” olacaq.