Azərbaycan yığması - Millətlər Liqasının ən zəif bəndi

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb.
 
2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək.
 
DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək.
 
Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı. Robert Prosineçkinin yetirmələri burada sonuncu – 3 komandalı səbətin axırıncısıdı.
 
Yığmamız Kipr və Estoniya ilə birlikdə bu liqanın ən zəiflərinin səbətindədi.
 
Millimizin bu mövqeyi UEFA-nın son üç turnirə əsasən hesabladığı reytinqdə 39-cu pillədə olmasından irəli gəlir. Hesabında 17,061 xal olan yığmamız 55 ölkədən 16-nı arxada qoyur. Həmin 16 komanda isə ən zəif liqanın iştirakçılarıdı.
 
Reytinqin ən yaxşısı Almaniya və ən yaxın izləyiciləri Portuqaliya, Belçika və İspaniya isə A liqasının səpələnmiş komandalarıdı. Qonşu Türkiyə B liqasının sonuncu səbətində qərarlaşıb.
 
Qaydalara əsasən, A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı.
 
Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra dəqiqləşəcək. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq.
 
A liqası
1-ci səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
 
2-ci səbət
İngiltərə, İsveçrə, İtaliya, Fransa
 
3-cü səbət
Polşa, Rusiya, Xorvatiya, İslandiya
 
B liqası
 
1-ci səbət
Uels, Hollandiya, Slovakiya, Şimali İrlandiya
 
2-ci səbət
İsveç, Ukrayna, Bosniya və Herseqovina, Avstriya
 
3-cü səbət
Türkiyə, İrlandiya, Danimarka, Macarıstan
 
C liqası
 
1-ci səbət
Sloveniya, Albaniya, Çexiya, Rumıniya
 
2-ci səbət
Şotlandiya, Monteneqro, Serbiya, Yunanıstan
 
3-cü səbət
Bolqarıstan, Norveç, İsrail, Finlandiya
 
4-cü səbət
Kipr, Estoniya, AZƏRBAYCAN
 
D liqası
 
1-ci səbət
Litva, Belarus, Gürcüstan, Ermənistan
 
2-ci səbət
Makedoniya, Farer adaları, Latviya, Lüksemburq
 
3-cü səbət
Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta
 
4-cü səbət
Andorra, Kosovo, San-Marino, Cəbəllütariq