“Bakı”nın sabiq baş məşqçisi “Qarabağ”ın rəqibini favorit sayır

"Bakı”nın sabiq baş məşqçisi Çempionlar Liqasının (ÇL) və İspaniya La Liqasının favoritini açıqlayıb. 
 
51 yaşlı serbiyalı mütəxəssis vaxtı ilə formasını geyindiyi və hazırda ÇL-də "Qarabağ”la eyni qrupda yer alan "Atletiko”nu şansı hesab etdiyini söyləyib: "Atletiko” iştirak etdiyi bütün turnirlərdə favoritdir”. 
 
M.Pantiç yay fasiləsində transfer bazarında böyük məbləğdə keçidlərin qeydə alınmasına da münasibət bildirib: "Transfer bazarı dəli olub”.
 
Qeyd edək ki, Pantiç 1995-1998-ci illərdə "Atletiko”da çıxış edib.  O, 2013/2014 mövsümündə "Bakı”ya rəhbərlik edib.