Albaniya Superkuboku: Raufun debütu uğursuz oldu

Albaniya Super Kubokunun qalibinin adı müəyyənləşib. 
 
Qalibin adına son çempion "Kukesi" ilə ölkə kubokunun son qalibi "Tirana"nın duelində aydınlıq gəlib. Qarşılaşma "Tirana"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Paytax təmsilçisi 90-cı dəqiqədə vurduğu qolla qalib gəlib.
 
"Kukesi"nin yeni transferi - millimizin üzvü Rauf Əliyev bu  matçda  iştirak edib. Start heyətdə meydana çıxan hücumçu ikinci hissə başlayanda Miloş Krkotiçlə əvəzlənib. Bu, Raufun yeni klubunda ilk rəsmi oyunu olub.