"Qarabağ"ın Londona səfər proqramı müəyyənləşib

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin debüt oyununu keçirəcəyi İngiltərəyə səfərinin vaxtı müəyyənləşib.
 
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, "Çelsi"ylə qarşılaşacaqları Londona oyundan 2 gün öncə - sentyabrın 10-da yollanacaqlar: "Bu bazar günü saat 17:00-də səfərə çıxacağıq. İngiltərə paytaxtına çarter reysilə yollanacağıq".
 
"Qarabağ" "Çelsi" ilə sentyabrın 12-də Bakı vaxtilə saat 22:45-də qarşılaşacaq. Komandanın oyundan 1 gün öncəki son məşqi "zadəganlar"ın stadionunda - "Stemford Bric"də keçirməsi nəzərdə tutulub.  
 
Xatırladaq ki, "Qarabağ"ın U-19 komandasının da UEFA Gənclər Liqasında debütü sentyabrın 12-də Londonda "Çelsi"dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında - Bakı vaxtilə saat 14:05-də keçiriləcək.